...

Fransa səfiri 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Siyasət Materials 28 May 2024 11:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, xanım səfir bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıram. Milli günün mübarək olsun!”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti