...

Fransanın müasir müstəmləkəçilik siyasəti dənizaşırı əraziləri asılı vəziyyətə salmaqdır - Deputat

Siyasət Materials 30 May 2024 16:54 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsində Qələbədən sonra Azərbaycanın regional və beynəlxalq siyasi mövqeyi güclənir. Milli Məclisdə “Fransız Polineziyanısının dekolonizasiya hüququ- çağırışlar və perspektivlər” mövzusunda keçirilən növbəti konfrans da dövlətimizin xarici siyasətində ön yerə çıxan yeni strateji kursun-antimüstəmləkiçilik siyasətinin bariz nümunəsidir.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə keçirilən konfransda deyib.

O qeyd edib ki, Fransanın müasir müstəmləkəçilik siyasəti dənizaşırı əraziləri maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salmaq, təbii sərvətləri talamaq, əhalini işsiz və yoxsul qoymaq, dil, mədəniyyət və təhsil sahəsindəki zorakı tətbiqləri və assimilyasiya siyasəti, nüvə və s. sınaqları ilə əhalinin sağlamlığına və ekologiyaya zərbə vurmaq, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə müşaiyət olunur.

Əgər Polineziya, yaxud Yeni Kaledoniyada Yelisey hakimiyyətini gül-çiçəklə qarşılayırlarsa, onda nə üçün Makron 22 may 2024-cü ildə təcili səfərindən əvvəl Fransa xüsusi təyinatlı qüvvələrinin böyük bir qrupu Paris hava limanından nümayişkəranə şəkildə müstəqillik tərəfdarlarını boğmağa göndərir? Çünki yaxşı başa düşür ki, əgər təcili tədbir görməsələr, onda azadlıq dalğası bütün okeanətrafı əraziləri bürüyəcək və ötən əsrin 50-ci illərində-de Qoll Fransasındakı kimi, koloniyalar müstəqilliklərinə qovuşacaqlar.

Paris sərəncamında olan qlobal media, siyasi institutlar, yumşaq güc alətləri, vətəndaş cəmiyyətinin əliylə belə mənzərə yaradır ki, guya dənizaşırı xalqların hamısı inqilab edib 5 respublika quran fransız xalqının dünyəvi gücünə sığınıb könüllü onların hakimiyyəti altına daxil olublar. Fiksiyadır. Dünyada böyük auditoriyası olan “Mond”, yaxud “Fiqaro” səhifələrində siz əzilən xalqların səsini eşitməzsiniz. Onda sual olunur, hanı Avropanın azad mediası? Cavab birdir-Qərbin elektron və çap maşını hakim millətlərin- -titullu xalqların mənafelərinə xidmət edir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti