Zəngilan. Trend:
24-25 iyun tarixlərində Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə Şərqi Zəngəzurda ilk dəfədir ki, QHT-lərin birinci əməkdaşlıq forumu keçirilir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda jurnalistlərə açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O bildirib ki, forum iki gün ərzində davam edəcək.
"Forumda 200-ə yaxın Azərbaycanda fəaliyyət göstərən ictimai birliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. Forum çərçivəsində COP29 Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı, eyni zamanda, QHT-lər, nəticələr, hədəflər, Ermənistanın dağ mədən sənayesində törətdiyi ekoloji fəsadlar və başqa mövzularda maraqlı panel müzakirələr olacaq.
Eyni zamanda, QHT-lər Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissəyə də səfər edəcək. Sabah isə forumun son günündə Yaşıl Dünya Naminə Həmrəylik Müraciəti gözlənilir. Artıq forum öz işinə başlayıb, maraqlı fikirlər səslənir.
QHT sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai iştirakçılığın təşviq edilməsi və QHT-lərin beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və başqa mövzularda maraqlı panel müzakirələri davam etməkdədir", - deyə o qeyd edib.