...

Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişiklik edilib

Siyasət Materials 15 İyul 2024 13:20 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Trend xəbər verir ki, qanuna əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti