Bakı. Trend:
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.
Məlumat Xarici İşlər Nazirliyindən Trend-ə təsdiqlənib.
xxx
11:55
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.
Trend xəbər verir ki, bu barədə İran İslam Respublikasının ŞƏT Katibliyindəki milli əlaqələndiricisi Mehrdad Kiayevi "İzvestiya"ya deyib.
"Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və digərləri təşkilata qoşulmaq üçün müraciət edib. Bu ölkələr (Banqladeşdən başqa) statuslarını dialoq tərəfdaşından müşahidəçi ilə dəyişmək istəyirlər. Biz, prinsipcə, bu məsələni gözdən keçirməyə, həmçinin müvafiq ərizəçilər və təşkilata üzv dövlətlərlə razılıq əsasında müəyyən nəticəyə gəlməyə hazırıq", - o deyib.
Onun sözlərinə görə, ölkələr əvvəlcə müşahidəçi olmalıdır və yalnız bundan sonra tamhüquqlu iştirakçı ola bilərlər.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən ŞƏT-in tərəfdaşıdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)