...

Beynəlxalq Azadlıq Cəbhəsi müasir dünyada müstəmləkəçiliyə qarşı mübarizədə yeni və güclü silahdır - Abbas Abbasov

Siyasət Materials 18 İyul 2024 17:15 (UTC +04:00)
Beynəlxalq Azadlıq Cəbhəsi müasir dünyada müstəmləkəçiliyə qarşı mübarizədə yeni və güclü silahdır - Abbas Abbasov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Azadlıq Cəbhəsi müasir dünyada müstəmləkəçiliyə qarşı mübarizədə yeni və güclü silahdır.

Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BİG) icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, beynəlxalq azadlıq cəbhəsi bir çox insana ədalətin bərqərar olmasına - müstəqilliyə nail olmağa kömək edəcək.

"Gələcəkdə sayımızın əhəmiyyətli dərəcədə artacağını və müstəmləkə siyasətindən əziyyət çəkən digər xalqların da bizə qoşulacağını düşünürük”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti