...

MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək

Siyasət Materials 26 İyul 2024 17:12 (UTC +04:00)
MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləyəcək.

Trend xəbər verir ki, Seçki Məcəlləsinin 99.1–99.4, 166-cı maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 35 gün qalanadək seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləməlidir.

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

Xəbər lenti