...

Mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirləri zəruridir - XİN

Siyasət Materials 2 Avqust 2024 16:37 (UTC +04:00)
Mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirləri zəruridir - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

Trend xəbər verir ki, bu barədə XİN-in sosial media paylaşımında bildirilib.

Bildirilib ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri ANAMA əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.

“2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq”, - əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti