...

Azərbaycanla əməkdaşlığı artırmaqda maraqlıyıq - Serbiya XİN rəhbəri

Siyasət Materials 2 Sentyabr 2024 13:04 (UTC +04:00)
Azərbaycanla əməkdaşlığı artırmaqda maraqlıyıq - Serbiya XİN rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün baş tutan növbədənkənar parlament seçkilərinin demokratik və şəffaf şəkildə keçirildiyi üçün Azərbaycanı təbrik edirik.

Trend xəbər verir ki, bu barədə Serbiya xarici işlər naziri Marko Curiç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu gün aparılan müzakirələr çox məhsuldar və faydalı oldu.

“İki ölkə arasında əməkdaşlıq il keçdikcə artır və biz bunu daha da artırmaqda maraqlıyıq. Serbiya COP29-da çox fəal rol oynayacaq. Biz Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərdə iştirak etmək istəyirik.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edəcəyik. Bütün dünya ölkələri beynəlxalq hüququn əsas prinsiplərindən faydalana bilər

Biz Şərqi Avropada Azərbaycanın etibarlı partnyoru olmaq istəyirik. Biz istəyirik, Azərbaycan üçün də elə olsun, partnyorluq əlaqələri daha da güclənsin. Azərbaycanda müsbət mənada baş verən inkişaf məndə xoş təəssüratlar yaratdı. Azərbaycan və Serbiya xalqı arasında əməkdaşlığın güclənməsi üçün iqtisadi münasibətlərimiz artmalıdır”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti