...

Antiterror əməliyyatları ölkəmizin strateji hədəflərinin həyata keçirilməsinə gətirib çıxardı - ŞƏRH

Siyasət Materials 11 Sentyabr 2024 14:30 (UTC +04:00)
Antiterror əməliyyatları ölkəmizin strateji hədəflərinin həyata keçirilməsinə gətirib çıxardı - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Antiterror əməliyyatları Azərbaycanın bir neçə strateji hədəflərinin həyata keçirilməsinə gətirib çıxardı.

Bunu Trend-ə hərbi ekspert Elxan Şıxəliyev deyib.

O bildirib ki, əməliyyat nəticəsində Qarabağda 20 minə yaxın qeyri-qanuni birləşmələrin tərksilah edilməsi və ərazidən çıxarılması, ikinci də separatçı rejimin tabeçiliyində olan ərazilərimizin nəzarətimizə götürülməsi ilə əslində suverenliyimizin bərpası, yəni ərazilərimizin tamamilə Azərbaycanın siyasi iradəsinin nəzarətinə keçməsi ilə tamamlandı.

"Səbəb və nəticələr kontekstində qiymətləndirəndə təbii ki 2020-ci ilin 44 günlük müharibəsindən sonra ən azından Azərbaycan tərəfin ermənistan tərəfə təklifləri üzərinə qeyri-qanuni birləşmələrin bölgədən çıxarılması və nəticədə mülki əhalinin inteqrasiyasının həyata keçirilməsi təklif olunsa da ermənistan ən pis variantı seçdi. Ermənistan separatçı rejimin rəhbərliyinin Azərbaycan siyasi iradəsinin tabeliyinə keçməyi qəbul etməməyi antiterror tədbirlərin keçirilməsini zəruri edirdi.

Ermənistan düşünürdü ki, burda bir dövlət yaradacaq və onların quldur dəstələri də onların ordusu olacaq. Əslində siyasi iradənin səbrini daşıran əsas faktordan biri Qarabağda keçirilən seçkilər nəticəsində Şahramyanın qondarma rejimin rəhbəri seçilməsi və bunun üzərinə Paşinyanın ona təbrik məktubu göndərməsi oldu. 1 günlük antiterror əməliyyatlarının həyata keçirilməsi ilə Azərbaycan strateji, siyasi və hərbi hədəflərinə nail olmuş oldu", - o əlavə edib.

Hərbi ekspert Emin Həsrətov bildirib ki, 2023-cü ilin sentyabrında Qarabağda yerləşən separatçılara və Ermənistan ordusunun tör-töküntülərinə qarşı Azərbaycan Ordusunun həyata keçirtdiyi antiterror əməliyyatları qaçılmaz idi.

Çünki separatçı silahlı birləşmələr atəşkəsi tez-tez pozur imkan düşdükcə əraziləri minalayırdı. Bu səbəbdən ötən ilin sentyabrında Azərbaycan ordusu bölgədə erməni separatçılarına qarşı sürətli bir antiterror əməliyyatı keçirdi. Tədbirin məqsədi bölgədə yaranan təhlükələri aradan qaldırmaq idi.

Azərbaycan ordusu yerli əhali arasında potensial təhlükələri azaltmaq və regionda nəzarəti daha da möhkəmlətmək məqsədini güdürdü.

Tədbir həm artilleriya, həm də zirehli texnikadan istifadə edərək həyata keçirildi. Azərbaycan ordusu yalnız erməni separatçılarının hərbi obyektlərini, və digər hərbi strateji məntəqələrini hədəf alırdı. Mülki insanlara və obyektlərə dəymirdi. Bu da ölkəmizin humanist siyasət aparmağının bir daha əyani sübutu idi", - hərbi ekspert qeyd edib.

Ekspert vurğulayıb ki, tədbir genişmiqyaslı kəşfiyyat və təhlil məlumatlarına əsaslanaraq həyata keçirildi. Düşmənin mövqeləri və fəaliyyətləri ilə bağlı əldə olunan məlumatlar əməliyyatın dəqiq və effektiv şəkildə həyata keçirilməsinə kömək etdi.

"2023-cü il antiterror tədbirləri, münaqişə sonrası dövrdə Azərbaycanın təhlükəsizlik və ərazi bütövlüyü məqsədini güdən bir sıra hərbi və diplomatik tədbirlərin tərkib hissəsi olaraq qiymətləndirilir. Bu tədbirlər həm də beynəlxalq arenada bölgə ilə bağlı davam edən müzakirələr və diplomatik səylərlə əlaqəlidir. Bütün bunların nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti