Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 20 sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.
Trend paylaşımı təqdim edir:
"Əziz həmvətənlər, Dövlət Suverenliyi Günü münasibətilə sizi təbrik edirəm! Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!"