...

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş vətəndaşlarla görüşüblər

Siyasət Materials 28 Sentyabr 2024 13:04 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 18 sentyabr tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar.

Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

Görüş çərçivəsində, həmçinin repatriantlara Müvəkkilə müraciət imkanları barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti