Bakı.Trend:
İqlim dəyişikliliyi ilə mübarizədə qlobal əməkdaşlıq olmalıdır.
Trend xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, yeni nəsil gənclər iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirak edir.
“Su qıtlığı o qədər böyük problemdir ki, gələcək nəsillər bunun əziyyətini çəkəcəklər. Onlar köhnə nəsilin gördüyü işləri görə bilməyəcək. Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu asan bir iş deyil. Amma iştirak edəcəyim üçün qürur duyuram.
Birlikdə müzakirlər apararaq biz iqlim dəyişikliyi ilə mübarizə apara bilər, həll yolları tapa bilərik”,- deyə o bildirib.
Qeyd edək ki, “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.
Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaqdan ibarətdir.
Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.