...

Azərbaycanın təcrübəsi itkin düşmüş şəxslər məsələlərinin həllində nümunə ola bilər - Andreas Kleyser

Siyasət Materials 2 Oktyabr 2024 17:39 (UTC +04:00)
Azərbaycanın təcrübəsi itkin düşmüş şəxslər məsələlərinin həllində nümunə ola bilər - Andreas Kleyser
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın təcrübəsi itkin düşmüş şəxslərin məsələlərinin həllində nümunə ola bilər.

Trend xəbər verir ki, bu barədə İtkin düşmüş şəxslər üzrə beynəlxalq Komissiyanın (ICMP) siyasət və əməkdaşlıq direktoru Andreas Kleyser “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, ölkələr itkin düşmüş şəxslərlə bağlı hansısa nəticələr əldə etmək üçün birgə səylər göstərməlidir.

O qeyd edib ki, əsir və itkin düşmüş şəxslər məsələsi bütün ölkələr üçün vacibdir.

"Əvvəlki spikerin vurğuladığı kimi, demək olar ki, heç bir yerdə itkin düşmüş insanlar haqqında mərkəzləşdirilmiş məlumat emalı sistemlərimiz yoxdur. Çox vaxt itkin düşənlər araşdırma aparan dövlətin sərhədlərindən kənarda olurlar və biz itkin düşmüş insanlar problemini daha çox qlobal müstəviyə keçiririk.

İnsanların itkin düşməsinin səbəbləri getdikcə daha çox ayrılır. Buna görə də tamamilə şəxsi məlumatların qorunmasını təmin edən və sui-istifadələrin qarşısını alan mərkəzləşdirilmiş məlumatların emalı sistemlərinin yaradılması və tətbiqi çox vacibdir", - o əlavə edib.

Xatırladaq ki, Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti müəyyən etmək hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ailə Əlaqələrinin Axtarılması və Bərpası üzrə mərkəzi agentliyinin rəhbəri Florens Anselmo, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev, Türkiyə Respublikasının ailə və sosial xidmətlər üzrə nazirinin müavini Zafer Tarıkdaroğlu və digər rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, tədbir bu gün Bakıda keçirilir və sabah Azərbaycanın azad edilmiş ərazilərində davam edəcək.

Xəbər lenti

Xəbər lenti