Bakı. Trend:
25 ildir ki, Fransanın qaradərililərə qarşı irqçiliyinin şahidi oluram.
Trend xəbər verir ki, bu barədə Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınan Kemi Seba jurnalistlərə açıqlamasında deyib.
“Mən 2 dəfə Fransada, 2 dəfə Afrikada həbs edilmişəm. Şansım gətirdi ki, mən onlardan xilas ola bildim. Bu gün də öz mübarizəmi davam etdirirəm. Fransa müstəmləkə sistemi bizə illərdir əziyyət edir.
Qərbin bizə olan zülmündəm yorulmuşuq. Bu səbəbdən Bakıya üz tutduq. Biz burada özümüzə dəstək axtarırıq. Bakı Təşəbbüs Qrupunu özümüzə səmimi dost olaraq görürük. Bakının bizim üçün nələr edə biləcəyindən xəbərdaram”, - deyə o bildirib.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.
Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın “qara siyahı”sına salınmışdır. Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd etmişdir.
Lakin Fransa hətta buna da müvəffəq ola bilməmişdir. Belə ki, Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi K.Sebaya diplomatik immunitet vermişdir.