Moskva. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gəlib.
Trend xəbər verir ki, Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.