Moskva. Trend:
Qərbə dinc Cənubi Qafqaz lazım deyil.
Trend-in məlumatına görə, bunu Moskvada azərbaycanlı jurnalistlərə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
"Ermənistanın ABŞ və Fransadan hərbi-texniki dəstəyinə gəlincə, onlar öz milli maraqlarını qoruyurlar. Vaşinqtona, Parisə və Brüsselə dinc, sakit Cənubi Qafqaz lazım deyil. Onlar Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istərdilər. Buna görə də Paşinyan rejimi bu gün kəşfiyyat, maddi-texniki və hərbi dəstək alır. Ermənistan əzələlərini gücləndirir. Onlar bunu bir məqsədlə edirlər: Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasının qarşısını almaq. Çünki Cənubi Qafqaz ilk növbədə nəqliyyat dəhlizləri və enerji resurslarıdır. Ermənistan qeyri-sabitlik mənbəyi olan Troya atı rolunu oynasaydı, Qərb üçün yaxşı olardı", - o deyib.
Korotçenko vurğulayıb ki, Ermənistan sülh müqaviləsi imzalamaq istəmir.
“Bundan başqa, Ermənistan Azərbaycan ərazisinə birbaşa iddiaları ehtiva edən Konstitusiyasına dəyişiklik etmək istəmir. Qərb Ermənistanı həvəsləndirir”, - o əlavə edib.