Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri İlya Darçiaşvili arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov İlya Darçiaşvilinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir Ceyhun Bayramov İlya Darçiaşviliyə uğurlar arzulayıb.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb.