...

Yalçın Rəfiyev Manama Dialoqu Forumu çərçivəsində çıxış edib (FOTO)

Siyasət Materials 6 Dekabr 2024 22:49 (UTC +04:00)
Yalçın Rəfiyev Manama Dialoqu Forumu çərçivəsində çıxış edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

6 dekabr tarixində Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” öz işinə başlayıb. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Forum dekabrın səkkizinədək davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti