Bakı. Trend:
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə
olunur.