...

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 18 Fevral 2025 04:54 (UTC +04:00)
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 18-də Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, Azərbaycan və Belarusun səfirləri Məhərrəm Əliyev və Dmitriy Pineviç, eləcə də digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Natalya Koçanova bir sıra rəsmi görüşlər keçirəcək və Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti