...

Qabonun keçid dövrü Prezidenti Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Siyasət Materials 31 Mart 2025 14:00 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Müsəlman icmasının müqəddəs Ramazan bayramını qeyd etdiyi bir vaxtda Sizə, ailənizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı çatdırıram.

Ramazan ayı müsəlmanlar üçün sülh, əmin-amanlıq və yüksək mənəviyyat dövrüdür. Bu ay həm də şəxsi inkişaf mənbəyi, təfəkkür və ünsiyyət baxımından mühüm əhəmiyyətə malikdir.

Ümid edirəm ki, bu mübarək ay ümumbəşəri paylaşma, həmrəylik və alicənablıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verəcək, bu günün əsas çağırışları qarşısında fəaliyyətimizi birləşdirəcək.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti