Bakı. Trend:
Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını arzulayıb.
Trend-in məlumatına görə, bu barədə Roma Papasının Pasxa bayramı münasibəti ilə mesajında deyilib.
Mesajında Balkan ölkələrinə də toxunan Papa Fransisk, bu ölkələrin siyasətçilərini gərginlik və böhranın qarşısını almağa çağırıb, həmçinin Afrika ölkələri (DKR, Sudan, Sahel bölgəsi), Yəmən və Myanmadakı vəziyyətə toxunub.