...

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanacaq

Siyasət Materials 8 Avqust 2025 00:07 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunması ilə bağlı sazişin mətni paraflanacaq.

Trend-in məlumatına görə, sazişin mətninin paraflanmasından sonra onun imzalanması və ratifikasiyası istiqamətində növbəti addımların atılması zəruri hesab olunur.

Bununla yanaşı, yekun sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi Ermənistan konstitusiyasının dəyişdirilməsinin vacibliyi təsdiqlənir. Bu, danışıqlar prosesində əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsi baxımından önəmli addım kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti