...

İsrail XİN rəhbəri Azərbaycanda dini tolerantlıq səviyyəsininin möhkəmliyini vurğulayıb

Siyasət Materials 26 Yanvar 2026 12:32 (UTC +04:00)
İsrail XİN rəhbəri Azərbaycanda dini tolerantlıq səviyyəsininin möhkəmliyini vurğulayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar Bakıda yerli yəhudi icmasının liderləri ilə görüşüb.

Trend xəbər verir ki, israilli nazir bu barədə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Saar görüş zamanı qeyd edib ki, hazırda Azərbaycanda qarşılıqlı hörmət, dini tolerantlıq və vicdan azadlığı şəraitində təxminən 30 min yəhudi yaşayır.

“Azərbaycan nəsillər boyu yəhudi icmasının rifahının və tam təhlükəsizliyinin təmin olunduğu müsəlman ölkəsi kimi nümunə olub”, – deyə nazir vurğulayıb.

XİN rəhbərinin sözlərinə görə, yəhudi icması ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. O qeyd edib ki, həm Azərbaycandan İsrailə köçən soydaşlar, həm də respublikada yaşamaqda davam edən yəhudilər iki dövlət arasında güclü bağlayıcı körpü formalaşdırırlar.

“Ölkələrimiz arasında əlaqələrin böyük potensialına inanıram və onları möhkəmləndirməyə davam edəcəyik”, – deyə Saar əlavə edib.

Sonda bildirilib ki, Azərbaycan və İsrail arasında münasibətlər xalqlar arasında sıx təmaslara və dinc yanaşı yaşamağın ortaq dəyərlərinə əsaslanaraq bir çox istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti