...

Azərbaycan-İsrail münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir - Ceyhun Bayramov

Siyasət Materials 26 Yanvar 2026 13:05 (UTC +04:00)
Azərbaycan-İsrail münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir - Ceyhun Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-İsrail münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir, müxtəlif sahələri əhatə edir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin xarici işlər naziri Gideon Moşe Saarla bu gün birgə keçirdiyi mətbuat konfrasında deyib.

Nazir bildirib ki, bu gün iki dövlət arasında münasibətlər strateji əhəmiyyət daşıyır.

"Bir neçə gün öncə də Davosda iki ölkə liderinin görüşü də olub. Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr keçirilir. Hökumətlərarası Komissiya və Parlamentlərarası dostluq qrupu da fəaliyyət göstərir".

Ceyhun Bayramov əlavə edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, müqavilə və layihələr, yeni imkan və perspektivlər barədə ətraflı müzakirə aparılıb.

"Bakıda iqtisadi forum keçirilir, cənab nazir də orada iştirak edəcək", - deyə Azərbaycanın xarici işlər naziri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti