...

Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır - Sahibə Qafarova

Siyasət Materials 26 Yanvar 2026 15:21 (UTC +04:00)
Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa davamlı töhfələr verir.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılmış “Bakı Prosesi” çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platforma kimi tanınır. 2024-cü ilin mayında keçirilmiş 6-cı Forum çərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuş Parlamentlərarası Konfrans isə bu dialoqa “parlament ölçüsü” qazandırıb.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti