...

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib - FƏRMAN

Siyasət Materials 26 Yanvar 2026 16:17 (UTC +04:00)
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib - FƏRMAN
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: Sisyemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və "Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri"nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.

Nazirlər Kabineti isə fərmandan irəli gələn məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti