...

Azərbaycan XİN Pakistanda baş vermiş terror hücumlarını pislədi

Siyasət Materials 1 Fevral 2026 22:49 (UTC +04:00)
Azərbaycan XİN Pakistanda baş vermiş terror hücumlarını pislədi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş vermiş terror hücumlarını qətiyyətlə pisləyib.

Trend xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumatda bildirilir: "Həlak olanların ailələrinə dərin başsağlığımızı bildirir, qardaş Pakistan xalqına və Pakistan hökumətinə səmimi hüzn və həmrəyliyimizi ifadə edirik.

Yaralananlara tezliklə və tam sağalma arzulayırıq. Bu çətin zamanda Pakistanla həmrəy olduğumuzu bildirir və terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq səylərə qəti dəstəyimizi bir daha təsdiqləyirik".

Xəbər lenti

Xəbər lenti