Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə səfər edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində İsrailin Baş nazirinin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Daha sonra sənədin gələcək icra mexanizmləri ətrafında müzakirələr aparılıb.
Görüş zamanı, həmçinin kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
xxx
21:15
Yerusəlimdə İsrail və Azərbaycan arasında süni intellekt sahəsində Anlaşma Memorandumu imzalanıb.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti bildirib.
Sənədi İsrailin Milli Süni İntellekt Direktorluğunun rəhbəri Erez Eskel və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Qeyd edilib ki, saziş superkompüter infrastrukturunu, əsas mülki sektorlarda süni intellekt tətbiqini, birgə tədqiqatları və insan kapitalının inkişafını əhatə edir.
İsrail tərəfinin sözlərinə görə, sənəd strateji tərəfdaşlığı gücləndirir və hər iki ölkə üçün texnoloji liderlik üçün yeni imkanlar açır.
Netanyahu razılaşmanın vacibliyini vurğuladı: "Süni intellekt gələcəyin deyil, indiki zamanın bir alətidir. Bu sahədə aparıcı ölkələr arasında olmağımızdan əmin olmalıyıq və düşünürəm ki, birlikdə daha çox və daha yaxşı nəticələr əldə edə bilərik".
