...

AZƏRBAYCANIN ZİYAN GƏTİRƏN BƏLƏDİYYƏLƏRİ BİRLƏŞDİRİLƏCƏK

Siyasət Materials 20 İyun 2005 15:07 (UTC +04:00)

Fəaliyyəti maliyyə baxımından effektiv sayılmayan Azərbaycanın yerli özünüidarə orqanları yaxın gələcəkdəBələdiyyələr Birliyində (BB) toplaşacaqlar. Bu barədə Trend ə Azərbaycan Ədliyyə Nazirliyinin yerli idarəetmə orqanlarına metodoloji yardımın göstərilməsi və bələdiyyələrlə iş üzrə Mərkəzdən məlumat veriblər. Azərbaycanın və Türkiyənin bələdiyyələri arsında paralellər aparan Mərkəzin nümayəndələri qeyd ediblər ki, Azərbaycanda bələdiyyələrin birləşməsi üçün hüquqi baxımdan heç bir maneə yoxdur. "Bizim tərəfimizdən Türkiyənin təcrübəsi öyrənilib vəAzərbaycanda oxşar birliklərin yaradılması üçün hər hansı bir maneə mövcud deyil"- deyə Mrəkəzdən bildiriblər.
Nazirlikdən bildiriblər ki, yaxın vaxtlarda bu təcrübə Azərbaycanda tətbiq ediləcək və bu da bələdiyyələrin effektli işini yüksəltməyə və ziyanla işləyən bələdiyyələrin faizini azaltmağa imkan verəcək.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi könüllük əsasında bələdiyyə birliklərinin yaradılmasını nəzərdə tutsa da, bu günə kimi hələ heç bir yerli özünüidarə orqanı bu cür təkliflə çıxış etməyib.

Xəbər lenti

Xəbər lenti