...

HEYDƏR ƏLİYEV FONDU BAKIDA TALASSEMİYANIN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ MƏRKƏZ TİKDİRƏCƏK

Siyasət Materials 23 İyun 2005 18:34 (UTC +04:00)

Heydər Əliyev Fondu növbəti layihənin - talassemiyanın diaqnostikası və müalicəsi üzrə ixtisaslaşdırılmış mərkəzin tikintisi layihəsinin gerçəkləşdirilməsinə başlayır.Bu barədə Fondun icraçı direktoru Anar Ələkbərov Trend agentliyinə eksklüziv müsahibəsində bildirib.

Onun sözlərinə görə, mərkəzin yaradılması haqqında qərar Heydər Əliyev adına fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilib.Layihə Fondun "Talassemiyasız həyat" proqramı çərçivəsində həyata keçiriləcək.Fond proqramın gerçəkləşdirilməsinə cari ilin fevralından başlayıb.O,qeyd edib ki,bu xəstəliyin istər uşaqlar, istərsə də onların valideynləri üçün çətin və müalicəsinin bahalığını nəzərə alaraq Fondun prezidentinin tapşırığı ilə ölkədəki talassemiyalı xəstələrin sayı müəyyən edilmiş, onların vəziyyəti və müalicə imkanlarına dair təhlillər aparılmışdır.İcraçı direktor bildirib ki,bununla əlaqədar olaraq fevral ayında Fondun prezidenti, ictimaiyyətin, xarici dövlətlərin, beynəlxalq təşkilatların, Beynəlxalq talassemiya federasiyası nümayəndələrinin iştirakı ilə bu problemin ləğv edilməsi sahəsində əməkdaşlığın perspektivlərinin təhlil olunduğu "Talassemiyasız həyat" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Ə.Ələkbərovun sözlərinə görə, bu yaxınlarda İsraildən Azərbaycana gəlmiş yüksəkixtisaslı həkimlərin səfəri çərçivəsində onlarla bu xəstəliyin fəsadlarının ləğvi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Fondun icraçı direkioru bildirib ki, artıq talassemiya mərkəzinin tikintisi üçün ərazi müəyyən edilib, layihənin texniki-iqtisadi əsaslandırılması üzrə işlər aparılır.Layihə fond tərəfindən maliyyələşdiriləcək.Fondun rəhbərliyi artıq bəzi beynəlxalq donor təşkilatlarına kömək üçün müraciət edib və onlardan bir neçəsi layihədə iştirak etmək istəklərini bildirib.

Ə.Ələkbərovun məlumatına əsasən, eyni zamanda xəstə uşaqların təhlükəsiz və keyfiyyətli donor qanı ilə təmin edilməsi üçün donor xidmətlərinin inkişafına da diqqət yetirilir.Bu məqsədlə mərkəzdə qan baqkının yaradılması planlaşdırılır, hazırda beynəlxalq təşkilatlar və xarici ölkə nümayəndələrindən ibarət Konsultativ şura bu layihənin səmərəliliyini nəzərdən keçirir.

Heydər Əliyev Fondu həmçinin talassemiyalı xəstələrə yardım göstərilməsi üzrə Dövlət proqramının qəbul edilməsinə dair öz tövsiyə və təkliflərini hökumətə təqdim etmək niyyətindədir.

 

Xəbər lenti

Xəbər lenti