...

NOVRUZ MƏMMƏDOV:DMİTRİ MEDVEDYEVİN SƏFƏRİ GEDİŞİNDƏ RUSİYA VƏ AZƏRBAYCANIN PREZİDENT ADMİNRİSTRASİYALARI ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAFI PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

Siyasət Materials 24 İyun 2005 11:10 (UTC +04:00)

 

 

Bakıya ikigünlük səfəri zamanı Rusiyanın prezident administrasiyasının rəhbəri Dimitri Medvedyevlə  Azərbaycan prezidentinin İcra Aparatının (PİA) əməkdaşlığı perspektivləri müzakirə olunub. Bu barədə   Trend ə  PİA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.
Onun sözlərinə görə, tərəflər "administrasiyanın əməkdaşlığı məsələlərini nəzərdən keçiriblər, əməkdaşlığını perspektivləri ilə bağlı söhbətlər, danışıqlar aparıblar"". "Bizim Rusiya Federasiyası ilə əlaqələrimiz yüksək səviyyədədir və bu əlaqələr bütün sahələri əhatə edir. Bu sahələrdən biri də məhz iki ölkənin prezident administrasiyaları arasında əməkdaşlığın inkişafına aiddir", - deyə N.Məmmədov əlavə edib. - "Mən bunu çox müsbət hadisə hesab edirəm".
N.Məmmədov bildirib ki, danışıqlarda hər hansı bir sənədin imzalanması məsələsi nəzərdən keçirilməyib. "Tərəflər yalnız ikitərəfli əlaqələrin perspektivləri üzrə, müəyyən əlaqələr və s, ilə bağlı məsləhətləşmələr aparıblar", - deyfə o bildirib.
Xəbər lenti

Xəbər lenti