...

AR XARİCİ İŞLƏR NAZİRİ YUNANISTANA RƏSMİ SƏFƏR EDƏCƏK

Siyasət Materials 5 İyul 2005 13:15 (UTC +04:00)

AR xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstana rəsmi səfər edəcək. Yunanıstan səfirliyindən Trend ə verilən məlumata əsasən, səfər Azərbaycanda gözlənilən parlament seçkilərindən sonra baş tutacaq.

Səfər zamanı iki ölkənin xarici siyasət idarələri arasında məsləhətləşmələr aparılacaq. AR xarici işlər naziri ikitərəfli siyasət, iqtisadiyyat və mədəniyyət əlaqələrinin perspektivləri üzrə danışıqlar aparacaq. Tərəflər regional və beynəlxalq xarakterli məsələləri nəzərdən keçirəcəklər.

E.Məmmədyarov, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin rəsmi səfərilə bağlı məsələləri də müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti