...

BAXCP SEÇKİ BLOKLARINA QOŞULMAYACAQ

Siyasət Materials 5 İyul 2005 17:53 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ilə Təkamül Partiyası parlament seçkisində birgə iştirak edəcək. Bu barədə Trend ə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib. O, bildirib ki, BAXCP və Təkamül Partiyası Milli Demokratik Qüvvələr Birliyində təmsil olunurlar və seçkidə bu blok çərçivəsində iştirak edəcəklər. Q.Həsənquliyev qeyd edib ki, BAXCP-nin seçkidə iştirak edəcək namizədləri artıq müəyyənləşib.

BAXCP-nin Ali Məclisi seçkidə partiyanın digər seçki blokları ilə birgə deyil, özünün tək iştirak etməsinə qərar verib. Həmçinin Ali Məclis BAXCP ilə bir blokda təmsil olunub-olunmamasından, onlarla əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq, parlamentə seçilməyə, millət vəkili adını daşımağa layiq bütün şəxslərə dəstək verməyi qərara alıb.

Müxalifətdə təmsil olunan seçki blokları ilə birləşmək məsələsinə gəldikdə, Q.Həsənquliyev bunu istisna edib. O, bildirib ki, bu barədə müzakirələr də aparılmır, yalnız Böyük Quruluş Partiyasından əməkdaşlığa dair onlara təklif gəlib. "Biz Böyük quruluş Partiyasının təklifini müzakirə edəcəyik, əgər ehtiyac olarsa ikitərəfli saziş imzalayacağıq".

Xəbər lenti

Xəbər lenti