• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

ANDREAS QROSS: AZƏRBAYCANDA SEÇKİLƏRİN DEMOKRATİK KEÇİRİLƏCƏYİNİ ÜMİD VAR, İNAM YOXDUR

5 İyul 2005 20:07 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin demokratik keçirilməsinə ümid var, inam yoxdur. Trend informasiya agentliyi xəbər verir ki, bu ifadələri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Bakıda keçirilmiş iclasından sonra, qurumun Azərbaycan üzrə məruzəçisi , isveçrəli deputat Andreas Qross iyulun 5-də brifinqdə səsləndirmişdir.

Tədbirdə AŞ PA-nın Monitorinq Komitəsinin sədr müavini xanım Severenson, qurumun Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Devid Atkinson, eləcə də AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak etmişlər.

Milli Məclisdə Seçki Məcəlləsinə əlavə və dəyişiklər müzakirə edilərkən Avropa Şurası Venetiya komissiyasının tövsiyyələrinin, eləcə də seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı müxalifət partiyalarının təkliflərinin nəzərə alınmadığını mənfi hal kimi qeyd edən Andreas Qross, ölkədəki seçkiqabağı vəziyyətdən razı qalmadıqlarını bildirmişdir. O, seçki komissiyalarının tərkibinin qeyri-bərəbər formalaşdırılmasından narahatlıq keçirdiklərini vurğulamışdır.

Seçkilərin taleyinin paytaxtda deyil, Azərbaycanın rayonlarında həll olunacağını qeyd edən həmməruzəçi, bu məqsədlə Azərbaycanın bölgələrinə səfər edəcəklərini bildirmişdir. Gəncə , Qazax, Şəki və Qəbələ rayonlarına səfər etdikdən sonra yenidən Bakıya dönəcəklərini qeyd edən A.Qross, səfərin yekunları ilə bağlı cümə günü KİV üçün mətbuat konfransı keçirəcəklərini söyləmişdir.

Azərbaycanda insan haqları sahəsində bəzi problemlərinin hələ də tam öz həllini tapmadığını qeyd edən AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi estoniyalı deputat Andres Herkel, bunların sırasında mitinqlərin keçirməsinə qadağaların olmasını göstərmişdir.

O, fikirlərini isbatlamaq üçün iyulun 2-də müxalifət partiyalarının 17 rayonda keçirmək istədiyi mitinqlərdən yalnız 4-nün baş tutmasını misal çəkmişdir. Həmməruzəçi, daha sonra , İctimai Televiziyanın fəaliyyətə başlamasının uzadılması , iqtidarla müxalifət arasında siyasi debatların keçirilməməsi, eləcə də digər bu kimi problemlərdən narazı qaldıqlarını söyləmişdir.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara Ermənistan və Azərbaycan parlament nümayəndələrinin də qatılmasına ehtiyac duyulduğunu vurğulayan AŞ PA-nın münaqişə üzrə məruzəçisi Devid Atkinson, qurumun qış sessiyasında qəbul olunmuş qətnamənin hər iki ölkənin qanunverici orqanlarında müzakirəsinin təşkil olunmamasını çatışmamazlıq adlandırmışdır.

Mətbuatda A.Qrossa istinadən öz əksini tapmış: " Seçki Məcəlləsinə düzəlişlər etməyən Azərbaycan parlamentinin biabrçıdır" ifadəsinə münasibət bildirən həmməruzəçi onun fikirlərinin təhrif olunduğunu , ümumiyyətlə isə onun leksikonunda "biabırçı" ifadəsinin olmadığını vurğulamışdır.

Sonda yenidən söz alan A.Qross parlamentdəki deputat yerlərinin ən azı 25-nin müxalifət təmsilçilərinə verilməsi fikrində israrlı olduğunu söyləmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Siyasət 08:00
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 19 Aprel 21:03
Prezident İlham Əliyev: Azərbaycan xalqı öz taleyinin sahibidir
Siyasət 19 Aprel 20:39
XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır (ÖZƏL)
Siyasət 19 Aprel 18:31
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
Siyasət 19 Aprel 18:02
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub
Siyasət 19 Aprel 17:28
Marqvelaşvili: Azərbaycan xalqı öz ölkəsinin inkişafına, əmin-amanlığına, təhlükəsizliyinə və sabitliyinə səs verdi
Siyasət 19 Aprel 17:04
Azərbaycan Prezidenti: Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin NATO Baş Komandanı ilə Bakı görüşü beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək (YENİLƏNİB)
Siyasət 19 Aprel 16:19
Azərbaycan Prezidenti: Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin NATO Baş Komandanı ilə görüşünün Bakıda keçirilməsi ölkəmizə olan inamın göstəricisidir (YENİLƏNİB)
Siyasət 19 Aprel 16:13
Deputat: Prezidentin bu fərmanı dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi
Siyasət 19 Aprel 15:47
Prezident İlham Əliyev ABŞ-ın 41-ci Prezidenti Corc Buşa başsağlığı verib
Siyasət 19 Aprel 14:52
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 19 Aprel 14:46
Tahir Kərimli: Prezident İlham Əliyev çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi
Siyasət 19 Aprel 14:11
Rusiya SQ-nin Baş Qərargah rəisi NATO Baş Komandanı ilə Bakıda görüşəcək
Siyasət 19 Aprel 12:52
Lev Spivak: Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək
Siyasət 19 Aprel 12:45
Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib (FOTO)
Siyasət 19 Aprel 12:17
PA rəsmisi: Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub
Siyasət 19 Aprel 12:00
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Siyasət 19 Aprel 10:41
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter