...

MƏTBUATIN 130 İLLİYİ BÖLGƏLƏRDƏ SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD OLUNUR

Siyasət Materials 6 İyul 2005 17:06 (UTC +04:00)

Milli Mətbuatın 130 illiyi münasibətilə Mətbuat Şurası Azərbaycanın bölgələrində silsilə tədbirlərə başlayıb. Mətbuat Şurasından (MŞ) Trend ə bildirilib ki, iyulun 5-də Zərdabda, iyulun 6-da isə Yevlaxda yubiley tədbiri keçirilib. Tədbirlərdə MŞ-nin üzvləri, ölkənin müxtəlif bölgələrindən olan mətbuat nümayəndələri, redaktorlar, həmçinin yerli icra hakimiyyətlərinin təmsilçiləri iştirak ediblər.

Bölgələrdə növbəti yubiley tədbirləri iyulun 11-də Gəncədə, iyulun 12-də Şəkidə, daha sonra Masallıda, Lənkəranda, Qubada və sonuncusu Naxçıvanda keçiriləcək. Silsilə yubiley tədbirləri isə iyulun 21-də Bakıda Gülüstan sarayında düzənlənəcək, təntənəli yubiley mərasimi ilə başa çatacaq.

Milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar jurnalistlərin mükafatlandırılması üçün ayrı-ayrı jurnalist təşkilatlarından, qəzet redaksiyalarından Mətbuat Şurasına müraciətlər daxil olur. Redaksiyalar mükafata layiq görülmək üçün öz namizədlərini təqdim edirlər. Sonda ümumi siyahı Prezident Aparatına göndəriləcək.

Xəbər lenti

Xəbər lenti