...

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZANDA GÖRÜŞÜNƏDƏK NİZAMLANMAYA DAİR SƏNƏDİN HAZIRLANMASINI GÖZLƏMƏK REAL DEYİL

Siyasət Materials 12 İyul 2005 17:27 (UTC +04:00)
AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN KAZANDA GÖRÜŞÜNƏDƏK NİZAMLANMAYA DAİR SƏNƏDİN HAZIRLANMASINI GÖZLƏMƏK REAL DEYİL

Avqustun sonlarında Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə qədər Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına dair sənədin hazırlanmasını gözloəmək ehtimal ki, mümkün olmayacaq.

Trend in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Yuri Merzlyakov iyulun 12-də Bakıya səfərinin yekunları üzrə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə yekun müqavilənin hazırlanması üçün deyil, nizamlanmanın prinsiplərinin formulu üzrə iş aparılır.

O qeyd edib ki, Kazandakı görüşə bir ay yarımdan az vaxt qalır və bu sənədin mətninin hazırlanması və onun bütün nüanslarının tərəflər arasında razılaşması üçün kifayət etmir. Y.Merzlyakov bunun üçün bir neçə ay vaxt tələb olunduğunu ehtimal edir.

Amerikalı həmsədr Stiven Mənn vasitəçilər adından rəsmi Bakı ilə aparılan danışıqları məhsuldar adlandırıb. Onun sözlərinə görə, görüşlərdəki atmosfer "çox yaxşı olub" və "Bakını tərk edərkən biz ciddi addımların atılması üçün imkanların olduğuna inanırıq". Vasitəçi hesab edir ki, "münaqişə ya y1axın aylarda, yada yaxın 100 ildə nizamlanacaq".

Fransalı həmsədr Bernar Fasye Azərbaycan və Ermənistan prezidentlərinin Varşavadakı son görüşündən danışaraq bildirib ki, hər iki dövlət başçısı münaqişənin sülh yolu ilə nizmalanmasına, münaqişənin həll olunmasını və regionun çiçəklənməsinə şərait yaratmağa və xalqların rifahının yüksəlməsinə tərəfdar olduqlarını bildiriblər.

Onun sözlərinə görə, münaqişənin nizamlanmasının müddəti prezidentlərin və hər iki ölkənin xalqlarının siyasi iradəsindən asılıdır. O, Azərbaycanda qarşıdakı parlament seçkilərinin demokratik keçiriləcəyinə və bunun problemin həllinə müsbət təsir göstərəcəyi barədə fikrini ifadə edib.

Xəbər lenti

Xəbər lenti