...

OKTYABR-NOYABR AYLARINDA AZƏRBAYCANDA ATƏT-İN SEMİNARI KEÇİRİLƏCƏK

Siyasət Materials 23 İyul 2005 16:29 (UTC +04:00)

Cari ilin oktyabr-noyabr aylarında Azərbaycanda ATƏT-in "Çirkli pulların yuyulması faktlarının ləğv edilməsi və terrorizmin maliyyələşdirilməsilə mübarizə" mövzusunda seminarların keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend ə ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən məlumat veriblər.

Seminarlar BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin (UNODC) dəstəyi ilə keçiriləcək.

Xatırladaq ki, bu seminarların keçirilməsi barədə qərar iyulun 5-də Vaşinqtonda keçirilən ATƏT-in Parlament Assambleyasının illik sessiyasının yekun bəyannaməsinə ayrıca maddə daxil edilib.

Bəyananmədə bildirilir ki, "ATƏT bundan sonra da UNODC -un Pulların Yuyulması üzrə Qlobal Proqramların reallaşdırılması məqsədilə fəaliyyətini dəstəkləyəcək. Eləcə də bir sıra possovet dövlətlərində, o cümlədən də Azərbaycanda bu mövzu üzrə seminarlar keçirəcək".

Qətnamənin mətnində çirkli pulların yuyulması ilə məşğul olan şəxslərin və qrupların aşkar olunması və cəzalandırılması, eləcə də bütün növ iqtisadi cinayətkarlıqların sərt şəkildə mühakimə olunmasının əhəmiyyəti xüsusi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti