Avqustun 1-dən 5-nə kimi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Kondoliza Raysın dəvəti ilə Vaşinqtona səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-in informasiya idarəsinin rəisi Tahir Tağızadə bildirib.
Onun sözlərinə görə, xarici işlər naziri səfər zamanı Ağ Evdə, Pentaqonda, analitik mərkəzlərdə və qeyri-hökumət təşkilatlarında görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə dair məsələlər müzakirə olunacaq. Danışıqlarda əsas yeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi tutacaq.