...

AZƏRBAYCAN "TİQR" MƏSƏLƏSİ İLƏ BAĞLI BARIŞIQ SAZİŞİ İMZALAYIB

Siyasət Materials 28 İyul 2005 14:52 (UTC +04:00)
AZƏRBAYCAN "TİQR" MƏSƏLƏSİ İLƏ BAĞLI BARIŞIQ SAZİŞİ İMZALAYIB

Azərbaycan "Tiqr" məsələsi ilə bağlı barışıq sazişini imzalayıb. Trend in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev iyulun 28-də keçirilmiş xüsusi mətbuat konfransında məlumat verib. Bu sazişə görə Azərbaycan Cənubi Afrika Respulikasının Ali məhkəməsinin qərarına əsasən $150 mln vəsaitin ödənilməsi üzrə öhdəlikdən azad edilir.

Nazir qeyd edib ki, bu saziş adı çəkilən məsələ üzrə 10 illik təhqiqata son qoyub. O xatırladıb ki, 1994-cü il iyunun 26-da o zaman "Xəzər İxtisaslaşmış Hövzə Qəza Xilasetmə" SC-yə məxsus olan "Tiqr" gəmisi Bouygues Offshore şirkətinə məxsus BOS -400 gəmisini daşıyarkən Keyp Taun yaxınlığında pis hava şəraitinə düşmüşdü. Nəticədə BOS-400 gəmisi saya oturmuş və onun xilas edilməsi mümkün olmamışdu.

Bu hadisədən dərhal sonra BOS-400 gəmisinin sahibi Saipem SA şirkəti (keçmiş Bouygues Offshore) və gəminin sığortaçıları CAR və Böyük Britaniya məhkəmələrinə müraciət edərək vurulmuş zərərin ödənilməsi ilə bağlı "Xəzər İxtisaslaşmış Hövzə Qəza Xilasetmə" SC-yə qarşı iddia qaldırmışdılar.

2000-ci ildə iddiaçılar Azərbaycan və Xəzər Dəniz Gəmiçiliyinin (XDG) məsuliyyətə cəlb olunmasına nail olmuşdular. 2003-cü il noyabrın 26-da CAR Ali məhkəməsində "Xəzər İxtisaslaşmış Hövzə Qəza Xilasetmə" SC-yə, Azərbaycan hökuməti və XDG-yə qarşı qərar çıxarılaraq Azərbaycan Respublikası və Xəzər Dəniz Gəmiçiliyi tərəfindən iddiaçılara 120 mln. ABŞ dollarının ödənilməsi qət edilmişdir.

2005-ci il iyulun 1-də faizlərin həcmi artdığından bu məbləğ 150 mln dollara gəlib çatmışdı. Azərbaycan öz maraqlarını müdafiə etmək üçün 2005-ci il mayın 8-14-də Iebber Ientzel Bovens hüquq firmasının xidmətlərindən istifadə edərək buna görə firmaya ehtiyat fondundan 100 mln dollar məbləğində vəsait ödəmişdi.

F.Əliyev qeyd edib ki, sülh sazişinin imzalanması böyük əhəmiyyət kəsb edir, belə ki, 150 mln dollar vəsait 30 min əhalisi olan kiçik şəhərin tikilməsinə, 60 16 mərtəbəli binanın tikilməsinə çəkilən xərclərə və ya 2004-cü ildə ölkə büdcəsinin 10%-nə bərabərdir. O vurğulayıb ki, hüquq firmasının xidmətlərinə görə ödənilən məbləğ iddianın məbləği ilə müqayisədə çox kiçik göstəricidir.

"Xəzər İxtisaslaşmış Hövzə Qəza Xilasetmə" SC rəhbərinin müavini Balağa Balayevin bildirdiyinə görə, buna qədər ölkədə belə hadisə baş verməmişdi. "Tiqr" gəmisi 1987-ci ildə Polşada inşa edilmişdi, lakin o köhnəlməmişdi və müvafiq normativlərə uyğun idi. Onun dəyəri isə 625 min ABŞ dolları idi, lakin 2002-ci ilə qədər CAR limanında hərəkətsiz dayanma da onun dəyərinin aşağı düşməsinə təsir etmişdi.

Xəbər lenti

Xəbər lenti