...

PREZİDENT AZƏR TOFİQ OĞLU HÜSEYNİ AZƏRBAYCANIN YAPONİYADAKI SƏFİRİ TƏYİN EDİB

Siyasət Materials 1 Avqust 2005 20:38 (UTC +04:00)

Trend agentliyi bildirir ki, avqustun 1-də prezident İlham Əliyev Azər Tofiq oğlu Hüseynə fövqəladə və səlahiyyətli səfir adı verilməsi və onun Yaponiyada Azərbaycan Respublikasının səfiri təyin edilməsi, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Məmməd Novruz oğlu Əliyevin geri çağrılaraq onun İspaniyada səfir təyin edilməsinə dair sərəncam imzalayıb.

Azərbaycan prezidenti həmçinin Zakir Arif oğlu Həşimova fövqəladə və səlahiyyətli səfir adı verilməsi və onun Türkiyədə Azərbaycanın səfiri təyin edilməsinə dair sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti