...

AZƏRBAYCANIN TƏHSİL NAZİRİ ORTA MƏKTƏBLƏRDƏ HƏRBİ HAZIRLIQ DƏRSLƏRİNİN LƏĞV OLUNMASI BARƏDƏ MƏLUMATI TƏKZİB EDİB

Siyasət Materials 3 Avqust 2005 13:57 (UTC +04:00)
AZƏRBAYCANIN TƏHSİL NAZİRİ ORTA MƏKTƏBLƏRDƏ HƏRBİ HAZIRLIQ DƏRSLƏRİNİN LƏĞV OLUNMASI BARƏDƏ MƏLUMATI TƏKZİB EDİB

"Mən heç zaman yeni dərs ilindən etibarən orta məktəblərdə hərbi hazırlıq dərslərinin ləğv olunacağı barədə məlumat verməmişəm, bütün bunlar mənim sözlərimi təhrif edən jurnalistlərin uydurmasıdır". Trend in məlumatına görə, bu barədə jurnalistlərə avqustun 3-də Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Nazir bu məsələnin 2007-ci ildə yeni karrikulumun işlənib hazırlanması zamanı, yəni gələcəkdə həyata keçirilməsinini mümkünlüyü barədə dediklərini düzgün başa düşməyən bir sıra KİV-ləri pisləyib. Onun sözlərinə görə, belə qərar yalnız ölkə rəhbərliyi və və ictimaiyyətlə razılaşdırıldıqdan sonra qəbul edilə bilər.

M.Mərdanov həmçinin onu da qeyd edib ki, hərbi hazırlıq dərslərində şagirdləri müharibəyə hazırlaşdırmırlar, bütün bunlar yalandır, ikincisi isə, heç kim bu dərsləri ləğv etmək fikrində deyil.

Xəbər lenti

Xəbər lenti