...

RƏSUL QULİYEVƏ İMZA VƏRƏQƏLƏRİ AVQUSTUN 15-DƏ VERİLƏCƏK

Siyasət Materials 13 Avqust 2005 13:40 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin parlament seçkisində iştirakla bağlı imza vərəqələri avqustun 15-də veriləcək. Bu barədə Trend ə ADP-dən məlumat verilib. Qeyd edək ki, Rəsul Quliyevin 36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyi irəli sürülüb və onun sənədləri artıq qəbul edilib.

Avqustun 13-də ADP sədrinə imza vərəqələrinin verilməsi məsələsinə baxılmalı idi. Lakin dairə seçki komissiyasının sədri ADP nümayəndələrinə bildirib ki, həftənin şənbə günü olduğuna görə iclas çağrılmayıb və bu məsələyə gələn həftənin birinci günü baxılacaq.

Xəbər lenti

Xəbər lenti