...

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ "AZADLIQ" BLOKUNA İQTİDARLA DİALOQ QURMAĞI TÖVSİYƏ EDİB

Siyasət Materials 13 Avqust 2005 14:50 (UTC +04:00)

"Azadlıq" bloku avqustun 15-i, 16-sı, 17-si və 18-də Prezident Aparatının və Yeni Azərbaycan Partiyasının (YAP) qarşısında keçirmək istədiyi piketlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməyib.

"Azadlıq" blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədr müavini Həsən Kərimov Trend ə bildirib ki, şəhər rəhbərliyi cavab məktubunda həmin ünvanlarda aksiya keçirilməsini məqəsdəuyğun hesab etmədiyini yazıb.

Əvəzində Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokuna tövsiyə edib ki, piketlər keçirməkdənsə problemləri qarşı tərəflə dialoq yolu ilə həll etsinlər.

Həsən Kərimov deyib ki, avqustun 13-də "Azadlıq" blokunun iclasında bu məsələ müzakirə ediləcək. Blok Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə əməl etməyə, yaxud əksinə, icazəsiz aksiya keçirməyə dair qərar verəcək.

Xəbər lenti

Xəbər lenti