...

İLHAM ƏLİYEV OĞUZ RAYONUNA SƏFƏR EDƏCƏK

Siyasət Materials 17 Avqust 2005 14:01 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev respublikanın şimal-qərb rayonlarına səfəri çərçivəsində Oğuz rayonuna da səfər edəcək.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Kumar İsayevin Trend ə verdiyi məlumata görə, rayona səfər zamanı Ahərbaycan dövlətinin başçısı məcburi köçkünlər və qaçqınlar üçün tikilmiş 12 mərtəbəli binanın tikintisinin təhvil verilməsi mərasimində iştirak edəcək.

Rayona səfəri çərçivəsində, prezident İlham Əliyevin yeni özəl konserv fabrikinin açılışında da istifadə edəcəyi də gözlənilir.

Elə həmin gün Azərbaycan prezidenti Oğuz şəhərində yeni ümumtəhsil məktəbinini tikiləcəyi yerə baş çəkəcək. Burada tikinti işləri Heydər Əliyev adına Fondun hesabına aparılır, 240 şagird üçün nəzərdə tutulmuş məktəb isə gələn tədris ilində istifadəyə veriləcək.

Prezident İlham Əliyev həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan prezidentinin Qəbələ, Oğuzs və İsmayıllı rayonlarına səfəri avqustun 18-dən başlanacaq.

Xəbər lenti

Xəbər lenti