...

SƏRHƏD QOŞUNLARININ YARADILMASININ 86-cı İLDÖNÜMÜNDƏ BİR NEÇƏ HƏRBİ HİSSƏDƏ ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB

Siyasət Materials 18 Avqust 2005 16:24 (UTC +04:00)

Avqustun 18-də Azərbaycan Sərhəd Qoşunlarının yaradılmasının 86-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin məzarını ziyarət ediblər.

Trend məlumat verir ki, sonra anma mərasimi Şəhidlər Xiyabanında davam etdirilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Şəhidlər Xiyabanına gələn gələrək Vətən uğrunda həlak olanların əbədi xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər çiçəklər, onların əziz xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sərhədçilərin peşə bayramı günü münasibətilə bir neçə hərbi hissədə andiçmə mərasimləri keçirilib. Təlim-tədris prosesini keçmiş gənc əsgərlər Sərhəd Qoşunları sıralarına daxil olaraq hərbi and içiblər.

Xəbər lenti

Xəbər lenti