...

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SƏDRİNİN AZƏRBAYCANA SƏFƏR PROQRAMI AÇIQLANIB

Siyasət Materials 19 Avqust 2005 12:47 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Rene van der Linden avqustun 21-də Azərbaycana gələcək.

Trend in AŞ PA katibliyinə istinadən bildirdiyinə görə, səfər R.Lindenin cari ilin yanvar ayında AŞ PA-nın sədri vəzifəsinə seçildiyi vaxtdan Cənubi Qafqazın üç ölkəsinə ilk rəsmi turnesi çərçivəsində baş tutacaq.

Avqustun 21-23-də Parlament Assambleyası sədrinin prezident İlham Əliyev, parlament sədri Murtuz Ələsgərov, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət, KİV və QHT nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Bundan başqa, onun Qafqaz müsəlmanlarının ruhani lideri Allahşükür Paşazadə ilə görüşü də gözlənilir.

Görüşlərdə ölkədə noyabr ayında keçiriləcək parlament seçkiləri, siyasi dustaqlar və Dağlıq Qarabağ probleminin nizamlanması məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Avqustun 23-də yerli vaxtla saat 18:00-da Rene van der Linden Avropa Şurasının Bakıdakı İnformasiya ofisinin binasında mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti