...

AZƏRBAYCAN BÜTÖV XALQ CƏBHƏSİ YALNIZ TƏKAMÜL PARTİYASININ NAMİZƏDLƏRİNİ DƏSTƏKLƏYƏCƏK

Siyasət Materials 26 Avqust 2005 14:44 (UTC +04:00)

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yalnız Milli Demokratik Qüvvələr Birliyinə (MDQB) daxil olan Təkamül Partiyasının namizədlərini dəstəkləyəcəyik. Çünki yalnız onlarla bu birlikdə təmsil olunuruq" Bu barədə Trend agentliyinə BAXCP sədrinin müavini Elçin Mirzəbəyli verib.

E.Mirzəbəyli həmçinin bildirib ki, MDQB-də təmsil olunmaq üçün bir sıra partiyalarla danışıqlar aparılır. Lakin seçki ərəfəsində onların adlarını açıqlamağı özünə məsləhət görməyib.

BAXCP-dan 64 nəfərin seçkiyə qatıldığını deyən E.Mirzəbəyli onlardan yalnız 19-nun qeydə alındığını vurğulayıb. Digərləri isə hələ imzatoplama kampaniyasını başa çatdırmayıblar.

Goranboy-Ağdam seçki dairəsindən BAXCP sədri Qüdrət Həsənquliyevlə yanaşı digər namizədlərin şansına münasibət bildirən E.Mirzəbəyli: "Qüdrət Həsənquliyevə heç kəs alternativ ola bilməz" - deyib. Bu fikrini isə Q.Həsənquliyevin nüfuzu ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti