...

AXCP BAŞ PROKURORUN BƏYANATINI AZƏRBAYCANIN NÜFUZUNA XƏLƏL GƏTİRƏN ADDIM KİMİ DƏYƏRLƏNDİRİB

Siyasət Materials 29 Avqust 2005 18:45 (UTC +04:00)

"Baş prokuror Zakir Qaralovun Rəsul Quliyevlə bağlı bəyanatı qanunsuz olmaqla yanaşı, Azərbaycanda qarşıdan gələn əhəmiyyətli parlament seçkilərinin demokratik keçməsini şübhə altına qoyur". Trend in məlumatına görə, bu fikirlər "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) bəyanatındandır.

Bəyanatda deyilir ki, parlament seçkilərində "Azadlıq" blokunun 36 sayli Xətai II Seçki Dairəsindən vahid namizədi ADP lideri, eks-spiker Rəsul Quliyevin deputatlığa namizədliyinin qeydə alnmasından sonra Respublikanın Baş Prokroru Zakir Qaralovun verdiyi bəyanat seçkinin demokratikliyinin əngəllənməsinə yönələn addımdır.

"Dövlət məmurlarının belə səriştəsiz addımları qanunların pozulması ilə bərabər demokratiyanın inkişafını qarşısına məqsəd qoyan Azərbaycanın sivil dövlətlər arasında nüfuzuna xələl gətirir.

Bütün dunyanın demokratiyaya istiqamət götürdüyü halda iqtidar nümayəndələrinin ADP sədri Rəsul Quliyevə qarşı bu cür addımları bir daha onu göstərir ki, onlar demokratiyadan qorxurlar"-deyə bəyanatda vurğulanır.

AXCP bəyan edir ki, hakimiyyətin süni manelərlə müxalifətin şanslı namizədlərini seçkilərdən kənarlaşdırmaq cəhdi Azərbaycanda demokratik proseslərin inkişafının qarşısını ala bilməyəcək. AXCP hakimiyyət nümayəndələrini Azərbaycanının Konstitusiyasına və qanularına əməl etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti